Haqqımızda
Mərkəzi Klinika – Səhiyyədə Etibarın Ünvanı!
Mərkəzi Klinika Azərbaycanın səhiyyə tarixində özünəməxsus yeri olan, yarım əsrdən artıq fəaliyyət göstərən nüfuzlu bir tibb müəssisəsidir. Əsası 1965-ci ildə qoyulan klinika uzun illər ərzində dövlət və ictimai xadimlərə yüksək səviyyəli tibbi xidmət göstərmiş, xalq arasında “Leçkomissiya” adı ilə tanınmışdır.
1999–2001-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə xəstəxana tam rekonstruksiya olunaraq beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuş və Mərkəzi Klinika adını almışdır. 2007-ci ildən etibarən klinika Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində fəaliyyət göstərir.
Bu gün Mərkəzi Klinika Bakı şəhərində və Gəncə şəhərində yerləşən xəstəxana, ambulatoriya və stomatoloji mərkəzlər vasitəsilə əhaliyə yüksək texnologiyalı, müasir və kompleks tibbi xidmətlər təqdim edir. Klinikada bu günədək on minlərlə uğurlu əməliyyat, o cümlədən açıq ürək əməliyyatları, sümük iliyi transplantasiyası və süni mayalanma həyata keçirilmişdir.
Mərkəzi Klinika – milli səhiyyənin inkişafında əsas rol oynayan, pasiyent etibarının simvoluna çevrilmiş bir brenddir.
Missiyamız
Mərkəzi Klinikanın missiyası — pasiyentlərə ən yüksək səviyyəli, beynəlxalq standartlara uyğun tibbi xidmət göstərmək, sağlamlıqlarını etibarlı əllərə əmanət etmələrini təmin etməkdir. Bizim üçün hər bir xəstənin həyatı və rifahı önəmlidir.
Vizyonumuz
Gələcəyin səhiyyə modelini formalaşdırmaq, innovasiyalara əsaslanan, pasiyent yönümlü və davamlı inkişaf edən bir tibb müəssisəsi olaraq regionda lider mövqeyimizi qorumaq.

Mərkəzi Klinikanı seçmək üçün səbəblər
- Yüksək ixtisaslı tibbi heyət və dünya standartlarına uyğun xidmət
- Müasir tibbi texnologiyalar və avadanlıqlarla təchizat
- Bütün tibbi ixtisaslar üzrə kompleks xidmət və multidissiplinar yanaşma
- Mürəkkəb ürək-damar və beyin əməliyyatlarında yüksək uğur göstəriciləri
- Süni mayalanma, neonatal reanimasiya və nadir tibbi prosedurlar üzrə ilk və lider klinika
- Bakı və Gəncə şəhərlərində tam təchizatlı stasionar və ambulator mərkəzlər

Ön söz
Həsən Qəndilov Baş direktorMərkəzi Klinika olaraq, hər bir pasiyentimizin sağlamlığı və rifahı bizim əsas prioritetimizdir. Biz inanırıq ki, tibbi xidmət yalnız xəstəliklərin müalicəsi ilə məhdudlaşmamalı, eyni zamanda hər bir insanın həyat keyfiyyətini yüksəltməyə yönəlməlidir. Bu məqsədlə, pasiyentlərimizə fərdi yanaşma tətbiq edərək onların ehtiyac və gözləntilərini ən yüksək səviyyədə qarşılamağa çalışırıq.
Klinikamızda ən son tibbi texnologiyalar və beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar tətbiq olunur. Peşəkar həkimlərdən və təcrübəli tibbi heyətdən ibarət komandamız daim elmi yenilikləri izləyərək bilik və bacarıqlarını inkişaf etdirir. Bu da bizə pasiyentlərimizə dəqiq diaqnoz, effektiv müalicə və hərtərəfli tibbi dəstək göstərməyə imkan verir.
Biz, Mərkəzi Klinika kollektivi olaraq, yalnız bugünün deyil, sabahın da sağlamlıq tələblərinə cavab verə biləcək bir səhiyyə mühiti yaratmağa sadiqik. Sizin etibarınız bizim üçün ən böyük dəyərdir və bu etibarı doğrultmaq üçün yorulmadan çalışmaqdan qürur duyuruq.
Sağlamlığınız bizə əmanətdir.
