Təcili tibbi yardım və səyyar tibbi xidmət
7/24 Peşəkar və Operativ Xidmət
7/24 Peşəkar və Operativ Xidmət
Mərkəzi Klinikanın Təcili Tibbi Yardım və Səyyar Tibbi Xidmət şöbəsi 7 gün 24 saat fasiləsiz olaraq təcili tibbi yardım xidmətləri təqdim edir. Təcrübəli və dinamik tibbi heyətimiz həm xəstəxana şəraitində, həm də hadisə yerində operativ müdaxilə ilə xidmət göstərir.
Mərkəzi Klinikanın Təcili Tibbi Yardım və Səyyar Tibbi Xidmət şöbəsi, müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Xidmətimiz, həm xəstəxana daxilində, həm də səyyar şəkildə təcili tibbi yardımın göstərilməsini əhatə edir. Şöbəmizdə gecə növbələri zamanı anestezioloq, kardioloq, ürək-damar cərrahı, ginekoloq, pediatr və radioloq kimi ixtisaslı həkimlər növbədə olur və ehtiyac yarandıqda əlavə mütəxəssislərlə əlaqə qurularaq evdən həkim çağırışı həyata keçirilir.
Təcili yardım xidmətimiz 24/7 prinsipi ilə fəaliyyət göstərir. Heyətimiz 1 həkim, 3 tibb bacısı, 2 sürücü və 2 porter daxil olmaqla təşkil olunmuşdur. Nəqliyyat parkımız 3 tam təchiz edilmiş Mercedes ambulansı, 2 reanimobil Mercedes, 2 Volkswagen transporter və 3 Fiat Dobladan ibarətdir. Xəstələr müayinə olunduqdan sonra dərhal mütəxəssis həkimlərə yönləndirilir. Tibbi personalımız təcili yardım və reanimasiyada uzun illər təcrübəyə malik peşəkarlardan ibarətdir.
Ambulans çağırışı üçün ev və ya mobil telefonlardan 105 nömrəsini yığaraq əlaqə saxlaya bilərsiniz. Çağırışdan sonra, beynəlxalq standartlara uyğun olaraq, ambulansımız 2 dəqiqə ərzində klinikanı tərk edir və Bakı, ətraf ərazilər və Azərbaycanın istənilən regionuna operativ şəkildə çatır. Xüsusi reanimobillərimiz vasitəsilə ən ağır xəstələrin Bakıya, Mərkəzi Klinikaya və ya digər klinikalara tibbi evakuasiyası yüksək səviyyədə həyata keçirilir.
Təcili yardım şöbəsində çalışan həkimlərin əksəriyyəti ilk və təxirəsalınmaz yardım üzrə beynəlxalq sertifikatlara sahibdirlər. Bu həkimlərin müşayiəti ilə Mərkəzi Klinikanın Təcili Tibbi Yardım və Səyyar Tibbi Xidmət şöbəsi olaraq xəstələrin müxtəlif istiqamətlərdə xarici ölkələrə (Avropa ölkələri, Türkiyə, İran, ABŞ) təxliyyəsi həyata keçirilir. Bütün tibbi xidmətlər xəstə və yaxınlarına ətraflı şəkildə izah edilir və xəstənin razılığı olmadan heç bir tibbi xidmət həyata keçirilmir.
Qısa və uzun müddətli, təcili və ya planlı tibbi xidmət üçün güvənə biləcəyiniz tək ünvan Mərkəzi Klinikadır.
Həkimlərimiz
Ən peşəkar və təcrübəli həkimlərimiz sizin xidmətinizdə
Asan, sürətli və əlçatan qəbul yazılması.









