Mərkəzlərimiz
Fəaliyyət göstərdiyimiz ünvanlarMərkəzi Klinika Ambulatoriya
Sürətli və keyfiyyətli ambulator xidmətlər

Mərkəzi Klinika Ambulatoriya
1895-ci ildə inşa edilmiş və 2009-cu ildə əsaslı təmirdən sonra fəaliyyətə başlayan Mərkəzi Klinika Ambulatoriyası, 4200 kvadratmetrlik sahədə yerləşir. 3 mərtəbəli bina, müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur və tarixi memarlıq üslubu qorunaraq yenidən qurulmuşdur.
Ambulatoriyada əməliyyatxana, diaqnostika, ginekologiya, pediatriya, terapiya, kardiologiya, travmatologiya və fizioterapiya şöbələri fəaliyyət göstərir. Burada stasionar yatış tələb etməyən müxtəlif ambulator əməliyyatlar həyata keçirilir. Şüa diaqnostika şöbəsində son model cihazlar mövcuddur. Ambulatoriya, həmçinin sənaye təbabəti üzrə OGUK standartlarına uyğun check-up xidmətləri təqdim edir.
