
Müalicə etdiyimiz xəstəliklər
Fərdi yanaşma və peşəkar müalicə ilə tibbin bütün sahələri üzrə xidmətinizdəyik
Mərkəzi Klinika – Səhiyyədə Etibarın Ünvanı!
Mərkəzi Klinika Azərbaycanın səhiyyə tarixində özünəməxsus yeri olan, yarım əsrdən artıq fəaliyyət göstərən nüfuzlu bir tibb müəssisəsidir. Əsası 1965-ci ildə qoyulan klinika uzun illər ərzində dövlət və ictimai xadimlərə yüksək səviyyəli tibbi xidmət göstərmiş, xalq arasında “Leçkomissiya” adı ilə tanınmışdır.
1999–2001-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə xəstəxana tam rekonstruksiya olunaraq beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuş və Mərkəzi Klinika adını almışdır. 2007-ci ildən etibarən klinika Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində fəaliyyət göstərir.
Bu gün Mərkəzi Klinika Bakı şəhərində və Gəncə şəhərində yerləşən xəstəxana, ambulatoriya və stomatoloji mərkəzlər vasitəsilə əhaliyə yüksək texnologiyalı, müasir və kompleks tibbi xidmətlər təqdim edir. Klinikada bu günədək on minlərlə uğurlu əməliyyat, o cümlədən açıq ürək əməliyyatları, sümük iliyi transplantasiyası və süni mayalanma həyata keçirilmişdir.
Mərkəzi Klinika – milli səhiyyənin inkişafında əsas rol oynayan, pasiyent etibarının simvoluna çevrilmiş bir brenddir.
Peşəkar komandamız








Mütəxəssis fikirləri, pasiyent hekayələri və ən son sağlamlıq məsləhətləri.














