Mərkəzlərimiz
Fəaliyyət göstərdiyimiz ünvanlarMərkəzi Klinika Xəstəxanası
Müasir tibbi xidmətlərin mərkəzi

Mərkəzi Klinika Xəstəxana
Mərkəzi Klinika Xəstəxanası, 22,200 kvadratmetrlik sahəsi və 213 çarpayı ilə Azərbaycanın qabaqcıl tibb müəssisələrindən biridir. Xəstəxana, 10 əməliyyat otağı, 19 reanimasiya, 11 uşaq reanimasiyası və 8 təcili yardım çarpayısı ilə təchiz olunmuşdur. Ən son tibbi avadanlıqlarla təmin edilmiş poliklinika, diaqnostika və laboratoriya şöbələri ilə xəstələrə yüksək keyfiyyətli tibbi xidmət göstərilir.
5 təcili tibbi yardım avtomobili və mobil uşaq reanimasiya avadanlığı ilə təcili hallarda sürətli müdaxilə təmin edilir. Mərkəzi Klinika Xəstəxanası, peşəkar tibbi personalı və müasir infrastrukturu ilə sağlamlığınızın keşiyindədir.
