Reanimasiya və İntensiv Terapiya
Kritik xəstələr üçün intensiv terapiya
Kritik xəstələr üçün intensiv terapiya
Mərkəzi Klinikanın Reanimasiya və İntensiv Terapiya şöbəsi həyati təhlükəsi olan xəstələrə 24/7 əsasda yüksək texnologiyalı tibbi xidmət göstərir.
Mərkəzi Klinikanın Reanimasiya və İntensiv Terapiya şöbəsi kritik vəziyyətdə olan xəstələrin həyat funksiyalarının qorunması və bərpası üçün müasir tibbi texnologiyalarla təchiz olunmuşdur. Şöbə 19 çarpayıdan ibarətdir ki, bunlardan 5-i intensiv terapiya üçün nəzərdə tutulmuşdur. Hər çarpayı tənəffüs aparatı və monitorlarla təchiz edilmişdir.
Şöbədə Hemodializ, Hemofiltrasiya, Plazmofarez, MARS, ECMO, CPFA kimi cihazlar mövcuddur ki, bu da qəfil orqan çatışmazlığı hallarında istifadə olunur.
Reanimasiya şöbəsində aşağıdakı xəstələr qəbul edilir:
- Böyük əməliyyatlardan sonra yaxın təqib tələb olunan xəstələr
- Beyin qanaması və iflic keçirən xəstələr
- Ciddi tənəffüs çatışmazlığı olan xəstələr
- Ağır infeksiyalar və zəhərlənmələr
- Müştərək travmalar (kəllə-beyin, döş qəfəsi, qarın və ətraflar)
- Sinir sistemi xəstəlikləri (Myastenia Gravis, Guillain-Barré və s.)
- Qəfil böyrək çatışmazlığı halları
Şöbədə havalandırma sistemi HEPA filtrlərlə təchiz olunmuşdur və otaq havası saatda 6 dəfə dəyişdirilir. Temperatur və rütubət səviyyəsi optimal şəraitdə saxlanılır.
Həkimlərimiz
Ən Yaxşı Həkimlər – Peşəkarlıq və Etibarlılıq
Asan, sürətli və əlçatan qəbul yazılması.













