-

Oftalmologiya

Oftalmologiya – Göz sağlamlığınızın qarantiyası
Oftalmologiya

Oftalmologiya – Göz sağlamlığınızın qarantiyası

Mərkəzi Klinika-nın oftalmologiya şöbəsi göz xəstəliklərinin diaqnostikası və müalicəsində qabaqcıl texnologiyalar və peşəkar həkim heyəti ilə xidmətinizdədir.

Mərkəzi Klinikanın Oftalmologiya şöbəsi ən son texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Burada yüksək təcrübəyə malik peşəkar professorlar, tibb elmləri namizədləri və fəlsəfə doktorları, həmçinin xaricdə təhsil almış yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərirlər.

Şöbəmizdə müasir diaqnostik müayinələrin köməyi ilə kompleks müayinə aparılır və xəstənin səhhəti haqqında ətraflı informasiya əldə edilir. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə planı təyin olunur.

Oftalmologiya şöbəsində aşağıdakı xidmətlər təqdim olunur:

  • Gözdaxili təzyiqin ölçülməsi
  • Gözdən yad cismin çıxarılması
  • Göz yaşı vəzisinin kanalının açılması
  • Zəifgörmənin dərəcəsinin təyin edilməsi
  • Göz xəstəliklərinin cərrahi müalicəsi

Əlavə olaraq, şöbəmizdə aşağıdakı müasir cərrahi əməliyyatlar həyata keçirilir:

  • Katarakta əməliyyatları (FAKO üsulu ilə)
  • Qlaukomanın medikamentoz, lazer və cərrahi müalicəsi
  • Keratoplastika əməliyyatı
  • Okuloplastika əməliyyatları
  • Diabetik retinopatiyanın müalicəsi
  • Vitreoretinal cərrahiyyə

Şöbəmizdə istifadə olunan cihazlar üstün keyfiyyətə malikdir və olduqca rahat istifadə olunur. Təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlarımız bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.

Həkimlərimiz

Peşəkar Oftalmoloqlarımızla göz sağlamlığınızı etibarlı əllərə həvalə edin

  • Dr. Ülkər Əbilova
    Oftalmoloq

    Dr. Ülkər Əbilova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Nailə Abdulkərimova
    Oftalmoloq

    Dr. Nailə Abdulkərimova

    Mütəxəssis

    arrow rightbio
  • Dr. Arzu Eyvazova
    Oftalmoloq

    Dr. Arzu Eyvazova

    Mütəxəssis

    arrow rightbio
Onlayn qəbula yazıl

Asan, sürətli və əlçatan qəbul yazılması.

arrow rightQəbul üçün yazıl

Foto qalereya

Video qalereya

Video Thumbnail
Play Button