-

Yuxu Labolatoriyası

Yuxu Pozğunluqları və Apnoe Araşdırma Mərkəzi
Yuxu Labolatoriyası

Yuxu Pozğunluqları və Apnoe Araşdırma Mərkəzi

Yuxu Laboratoriyası Mərkəzi Klinik Xəstəxanada yuxu pozğunluqlarının diaqnostikası və müalicəsi üçün ixtisaslaşmış bölmədir. Burada xorultu, yuxuda tənəffüs dayanması (apnoe) kimi ciddi problemlərin müasir üsullarla müəyyən edilməsi və effektiv şəkildə aradan qaldırılması həyata keçirilir.

Mərkəzi Klinik Xəstəxananın Yuxu Laboratoriyası xorultu və Obstruktiv Yuxu Apnoe Sindromu kimi yuxu ilə bağlı pozğunluqların erkən diaqnostikası və müalicəsi ilə məşğul olur. Laboratoriyada polisomnoqrafiya – yuxu zamanı beyin fəaliyyəti, tənəffüs yollarının vəziyyəti, ürək döyüntüləri, əzələlərin aktivliyi və qanın oksigenlə təminatı kimi göstəricilər izlənir.

Xüsusilə Obstruktiv Yuxu Apnoe Sindromunun orta və ağır formalarının müalicəsində CPAP-terapiya (davamlı pozitiv hava təzyiqi) tətbiq olunur. Bu üsul tənəffüs yollarının açıq qalmasını təmin edir və xəstələrdə yuxunun keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır.

Yuxu problemləri ilə bağlı simptomlar arasında yüksək səslə xorultu, gecə yuxuda boğulma, tez-tez oyanma, gündüz yuxululuq, yaddaş və diqqət pozğunluğu, yüksək təzyiq, depressiya və hətta potensiya problemləri ola bilər. Bu simptomları yaşayan şəxslər mütləq həkimə müraciət etməlidirlər.

Həkimlərimiz

Yuxu pozğunluqlarının diaqnostikası və müalicəsində ixtisaslaşmış mütəxəssislər

    Onlayn qəbula yazıl

    Asan, sürətli və əlçatan qəbul yazılması.

    arrow rightQəbul üçün yazıl

    Foto qalereya

    Video qalereya

    Video Thumbnail
    Play Button